İş nümunəsiRent a CarAzərbaycanÖlçmə + Veb inkişaf

Sıfır qurulumla işləyən PMax kampaniyasını dayandırdıq, infrastrukturu qurduq, sonra saytı sıfırdan yazdıq

Rent a Car · Azərbaycan · 50 avtomobillik filo

Sektor
Avtomobil kirayəsi
Bazar
Bakı · GYD hava limanı
İş
Ölçmə qurulumu + Google Ads + veb inkişaf
Sayt
omex.az
01 · Kontekst

Kim, harada, kimə satır

Bakı mərkəzli, 50 avtomobillik filo ilə işləyən orta ölçülü avtomobil kirayəsi operatoru. Hədəf kütləsi Azərbaycandakı turistlər idi: ölkəyə yeni gəlmiş və avtomobil axtaran ziyarətçilər, bir də səyahəti zamanı kirayə ehtiyacı yaranan turistlər.

Buradakı çətinlik ondadır ki, hədəf kütlə coğrafi olaraq yerli istifadəçilərlə eyni yerdədir. Məkan hədəfləməsi tək başına turisti yerlidən ayırmır: hər ikisi eyni şəhərdə, eyni anda axtarış edir. Ayrım yalnız dil, axtarış davranışı və niyyət siqnalları üzərindən qurula bilər.

02 · Semptom

Müştərinin gördüyü

Bizə müraciət edəndə bir Performance Max kampaniyası üç həftədir yayımda idi və büdcə xərclənirdi. Gələn trafik isə hədəflənən turist kütləsi ilə üst-üstə düşmürdü: kirayə tələbində qarşılığı olmayan bir xərc axırdı.

Reklam işləyirdi, amma kimlərə göstərildiyi bəlli deyildi.

Müştərinin öz ifadəsi
03 · Diaqnoz

Nə tapdıq

Saytda heç bir ölçmə qurulumu yox idi. GTM yox, GA4 yox, konversiya teqi yox, dataLayer yox. Kampaniya qurulmuş, amma hədəfləmə, siqnal və konversiya tərifi boş buraxılmışdı.

Başlanğıc vəziyyəti3 həftə yayımda
  • PMax kampaniyasıişləyir, büdcə xərclənir
  • GTM konteyneryoxdur
  • GA4 propertyyoxdur
  • dataLayeryoxdur
  • Ads konversiya teqiyoxdur
  • Keçmiş dövr analizimümkün deyil

Bu, Performance Max özəlində ən bahalı səhv növüdür. PMax hədəfləmə aləti deyil, optimallaşdırma mühərrikidir: nə edəcəyini sizə görə deyil, aldığı konversiya siqnalına görə müəyyən edir. Kampaniyaya hansı hərəkətin dəyərli olduğunu deməsəniz, alqoritm «dəyər» tərifini özü qoyur və praktikada ən ucuz göstərimi alır. Nəticə: büdcə axır, klik gəlir, kirayə gəlmir.

Turist hədəfləyən bir biznesdə bu problem qatlanaraq böyüyür. Kütlə coğrafi olaraq yerli istifadəçilərlə eyni yerdə olduğu üçün hədəfləmə filtrini məkan yox, konversiya siqnalı qurmalıdır. Siqnal verilmədikdə PMax ən ucuz inventarı seçir, bu da praktikada ölkə daxilindəki geniş və aşağı niyyətli trafikə düşür. Yəni kampaniya ayırd etməli olduğu kütlənin tam tərsinə optimallaşırdı.

Qısaca: turist ilə yerli istifadəçini ayıran yeganə şey verinin özü idi və o veri heç toplanmırdı.

Üç həftə xərclənən büdcənin qarşılığında istifadə edilə bilən veri də qalmamışdı. Konversiya ölçülmədiyi üçün keçmiş dövr sonradan analiz edilə bilən vəziyyətdə deyildi.

04 · Müdaxilə

Nə etdik

  1. 1Xərci dayandırdıqİlk iş kampaniyanı dayandırmaq oldu. Ölçmə qurulmadan davam edən hər gün geri qaytarıla bilməyən büdcə deməkdi.
  2. 2İnfrastrukturu qurduqGTM konteyner qurulumu, GA4 property konfiqurasiyası, dataLayer dizaynı və tətbiqi, kirayə axınındakı kritik addımların hadisə kimi təyin edilməsi, Google Ads konversiya teqlərinin bağlanması və doğrulanması.
  3. 3Reklamları yayına almadıqQurulumun hamısı test edilib doğrulanana qədər kampaniya bağlı qaldı. Müştəri ilə ən çox danışdığımız qərar bu oldu. Yanlış veri ilə işləyən kampaniyanın öyrəndiyi hər şey sonradan silinməli olan bir yanlış öyrənmədir.
  4. 4Doğru quruluşla yenidən yayınHədəf kütlənin niyyət mərhələsinə uyğun kampaniya tipi seçildi. Turist seqmentini yerli trafikdən ayıran siqnallar kampaniya quruluşuna daxil edildi.
05 · Nəticə

Nə dəyişdi

Google Ads hesabı · köhnə və yeni kampaniya1 dek 2025 – 27 iyul 2026
  • GöstərimKöhnə kampaniya: 7 450Yeni qurulum: 120 000
  • KlikKöhnə kampaniya: 407Yeni qurulum: 14 900
  • KonversiyaKöhnə kampaniya: 11Yeni qurulum: 1 110
  • XərcKöhnə kampaniya: $156Yeni qurulum: $11 200
  • CTRKöhnə kampaniya: 5,46%Yeni qurulum: 12,42%
  • Konversiya nisbətiKöhnə kampaniya: 2,70%Yeni qurulum: 7,45%
  • Klik başına maliyyətKöhnə kampaniya: $0,38Yeni qurulum: $0,75
  • Konversiya başına maliyyətKöhnə kampaniya: $14,18Yeni qurulum: $10,09

Diqqət yetirin: klik BAHALAŞDI. Klik başına maliyyət iki qatına çıxdı, $0,38-dən $0,75-ə. Ucuz klik axtarsaydıq bu rəqəm pisləşmə kimi oxunardı.

Amma gələn trafik doğru kütlə olduğu üçün konversiya nisbəti üç qata yaxın artdı: 2,70%-dən 7,45%-ə. Nəticədə konversiya başına maliyyət 29% aşağı düşdü. Müştəri daha bahalı klik alır, amma hər konversiya ona daha ucuz başa gəlir.

Xərcin özü də artdı və bu qərar bilərəkdəndir. Müştəri əvvəlcə çox aşağı büdcə ilə yüksək nəticə gözləyirdi; ölçmə düzələndən sonra hansı kampaniyanın həqiqətən satış gətirdiyi göründü və büdcə ora yönləndirildi. Ölçmə qurulmasaydı bu artım kor-koranə olardı.

İlk dövrün detallı datası geri qaytarıla bilmir. Köhnə kampaniyada konversiya izlənməsi düzgün qurulmadığı üçün o dövr yalnız ümumi rəqəmlərlə müqayisə edilə bilir. Bu, qurulumsuz kampaniyanın gizli xərcidir: pul gedir, əvəzində öyrənmə qalmır.

06 · İkinci mərhələ

Veb inkişaf

İlk layihədən sonra müştəri mövcud proqram təminatçısı ilə yaşadığı problemlərə görə saytın yenidən yazılması üçün bizə qayıtdı.

Müştərinin yaşadığı problemlər
  • Ən sadə məzmun dəyişikliyi tələbi belə iki həftə çəkirdi
  • Sayt çökəndə təcili müdaxilə alına bilmirdi
  • Səhifə yavaşlığı iki ay əvvəl bildirilmiş, heç bir yaxşılaşdırma edilməmişdi
  • İnterfeys həm görsel olaraq köhnəlmişdi, həm də ödəniş mərhələsində istifadəçidə etibar yaratmırdı

Avtomobil kirayəsində sonuncu maddə birbaşa dövriyyəyə yansıyan bir problemdir. İstifadəçi kart məlumatını yazmadan və ya rezervasiya yaratmadan əvvəl sayta güvənmək məcburiyyətindədir. Etibar verməyən bir interfeys, reklam nə qədər yaxşı olsa da konversiyanı kəsir.

Saytı iki həftə ərzində sıfırdan yenidən yazdıq və təhvil verdik. Yeni versiyada əvvəlki admin panelinin bütün funksiyaları qorundu, üzərinə yeni idarəetmə xüsusiyyətləri əlavə edildi. Səhifə sürəti və interfeys etibarı prioritet dizayn meyarı kimi ələ alındı.

Sayt performansı · Microsoft Clarity
  • Performans balıKöhnə sayt: 49 / 100Yeni sayt: 79 / 100
  • LCP · ən böyük məzmunun görünməsiKöhnə sayt: 5,0 sYeni sayt: 2,4 s
  • INP · qarşılıqlı əlaqəyə cavabKöhnə sayt: 520 msYeni sayt: 240 ms
  • CLS · düzümün sürüşməsiKöhnə sayt: 1,2Yeni sayt: 0,067

Üç göstəricidən ikisi «zəif» səviyyəsindən «yaxşı» səviyyəsinə keçdi. CLS xüsusilə vacibdir: 1,2 o deməkdir ki, səhifə yüklənərkən düymələr yerini dəyişir və istifadəçi səhv yerə toxunur. Rezervasiya axınında bu, birbaşa itirilmiş sifarişdir.

07 · Hədd

Bu iş nəyi sübut etmir

Sıfır qurulumu olan bir hesabda yaxşılaşma göstərmək düzgün qurulumun təsirini sübut edir. Amma artıq düzgün qurulmuş bir hesabda eyni böyüklükdə sıçrayış vəd etmirik. Qurulumu sağlam, problemi başqa yerdə olan bir hesab üçün gözlənti fərqli olmalıdır.

Rəqəmlərin həddiKöhnə kampaniyanın 11 konversiyası və $156 xərci var. Bu, statistik olaraq kiçik nümunədir: o dövrün CPA-sı bir istiqamət göstərir, dəqiq ölçü deyil. Yeni qurulumun 1 110 konversiyası isə etibarlı bazadır. Müqayisəni bu fərqi bilərək oxuyun.
Fərqli etsəydik nə edərdikKampaniyanın bağlı qalacağı müddəti müştəri ilə lap əvvəldən aydın təqvimlə danışardıq. «Reklamlarınızı iki həftə bağlayırıq» cümləsi, əsası nə qədər sağlam olsa da, biznes sahibi üçün çətin bir cümlədir. Bu gün bu söhbəti ilk görüşdə edirik.
Yeni sayt

İki həftədə sıfırdan yazıldı

Səhifə sürəti və interfeys etibarı prioritet dizayn meyarı kimi ələ alındı. Rezervasiya axını bir səhifədə tamamlanır, depozit və şərtlər ödəniş mərhələsindən əvvəl görünür.

Omex Rent A Car saytının yeni ana səhifəsi
omex.az/az
Pulsuz audit

Qurulumunuzu 48 saat ərzində yoxlayaq.

Hesaba giriş tələb olunmur. Sayt ünvanı və qısa məlumat kifayətdir, qalanını biz yoxlayırıq.

  1. 01AuditMövcud qurulum 12 maddə üzrə yoxlanır.
  2. 02Audit hesabatı12 maddəlik yoxlamanın nəticəsi: nə işləyir, nə işləmir, hansı sıra ilə düzəldilməli.
  3. 03Söhbət30 dəqiqəlik zəng, sual-cavab. Öhdəlik yoxdur.
  4. 04Qərarİşləmək istəsəniz plan çıxarırıq. İstəməsəniz audit hesabatı sizdə qalır.
  • 12 maddəlik yoxlama
  • 48 saat ərzində
  • Öhdəlik yoxdur

Audit tələbi

Göndərməklə məxfilik siyasətini qəbul etmiş olursunuz. Hesab girişi bu mərhələdə tələb olunmur.