Nə edirik
Dörd sahə, bir zəncir. Reklam, ölçmə, veb və feed ayrı xidmətlər kimi satılır, əslində eyni data zəncirinin halqalarıdır. Biri qırılanda qalanı da yanılır, ona görə hamısına birlikdə baxırıq.
- Sayt
- dataLayer
GTM
GA4
Google Ads
Ən çox qırılan yer sonuncu halqadır: konversiya GA4-də görünür, Google Ads-ə çatmır. Reklam pis işlədiyi üçün deyil, data çatmadığı üçün.
Ölçmə və tracking
Zəncirin özünü qururuqGTM container, dataLayer sxemi, GA4 e-ticarət, Consent Mode v2 və offline konversiya. Reklamın hansı kampaniyadan satış gətirdiyini dəqiq göstərən qurulum.
Ölçmə və tracking səhifəsi- GTM qurulumuTəmiz adlandırma, versiyalama, debug rejimi
- dataLayer dizaynıSayt strukturuna uyğun event sxemi
- GA4 e-ticarətview_item-dən purchase-a qədər tam axın
- Consent Mode v2İmtina halında da modelləşdirilmiş konversiya
- Offline konversiyaCRM-dəki real satış Ads-ə qaytarılır
- TroubleshootingMövcud qurulumun auditi və bərpası
Sizin üçündür əgər: hesabatdakı rəqəmə güvənmirsinizsə, konversiya sayı bankdakı satışla uyğun gəlmirsə, ya da consent banner-dən sonra data yarıya düşübsə.
Reklam
Büdcəni ölçülən yerə yönləndiririkGoogle Ads, Meta və DSP/SSP kampaniyaları. Kitlə qurma, feed bazlı reklam və biznes məntiqinə görə optimallaşdırma. Büdcənin hara getdiyi hər addımda görünür.
Reklam səhifəsi- Search kampaniyalarıAçar söz strukturu, mənfi açar sözlər, mətn testləri
- Performance MaxAsset qrupları, kitlə siqnalı, kanal bölgüsü
- Shopping və feedMerchant Center ilə bağlı kampaniyalar
- Meta reklamlarıRemarketinq və dinamik kataloq
- DSP / SSPRTB House və oxşar platformalarda proqramatik alış
- Kitlə qurmaCustomer Match və birinci tərəf data
Sizin üçündür əgər: reklam işləyir amma hansı kampaniyanın satış gətirdiyi bilinmirsə, PMax bütün büdcəni udursa, ya da hər ay eyni struktur təkrarlanırsa.
Veb inkişaf
Ölçmə ilə birlikdə qururuqSıfırdan sürətli, mobil uyğun və SEO dostu sayt. dataLayer ilk gündən kodun içində olur, sonradan ölçmə üçün yamaq lazım olmur.
Veb inkişaf səhifəsi- Sıfırdan saytNext.js, statik export, Cloudflare-də yayım
- Sayt bazlı dataLayerHər səhifə tipi üçün event sxemi kodun içində
- E-ticarətMəhsul, səbət və ödəniş axını tam ölçülür
- Core Web VitalsLCP, CLS, INP hədəfləri: Lighthouse 90+
- Çoxdilli quruluşAZ / EN / TR, hreflang və kanonik URL
- Texniki SEOSitemap, schema, breadcrumb: başdan
Sizin üçündür əgər: saytınız yoxdursa, varsa da yavaşdırsa, mobil versiyada problem varsa, ya da sayt gözəldir amma heç nə ölçülmürsə.
Feed və OTA
Məhsulu görünən yerə çıxarırıqMerchant Center feed-i, Google Hotels, Booking və Skyscanner inteqrasiyaları. Otel və avtomobil filosu üçün tam qurulum.
Feed və OTA səhifəsi- Merchant CenterHesab qurulumu, feed və rədd səbəblərinin təmizlənməsi
- Feed strukturugtin, brend, availability, shipping tam doldurulur
- Avtomatik yeniləməQiymət və stok saatlıq sinxronlaşır
- Google HotelsOtelin görünməsi, qiymət feed-i, birbaşa rezervasiya
- Booking / SkyscannerOTA platformalarına inventar ötürülməsi
- Feed auditiRədd edilmiş məhsulların bərpası
Sizin üçündür əgər: məhsullarınız Google Shopping-də görünmürsə, oteliniz Google-da tapılmırsa, ya da avtomobil filosu yalnız öz saytınızda satılırsa.
Vəziyyətinizə görə hansı ilə başlayaq?
| Vəziyyətiniz | Başlanğıc | Müddət |
|---|---|---|
| Saytım var, reklam verirəm, amma rəqəmlərə güvənmirəm | Ölçmə və tracking | audit sonrası |
| Reklam verirəm, büdcə hara getdiyini bilmirəm | Ölçmə → sonra Reklam | audit sonrası |
| Saytım yoxdur və ya yenidən qurulmalıdır | Veb inkişaf | audit sonrası |
| Məhsullarım Google Shopping-də görünmür | Feed və OTA | audit sonrası |
| Mobil tətbiqim var, heç nə ölçülmür | Ölçmə (mobil app) | audit sonrası |
| Haradan başlayacağımı bilmirəm | Pulsuz audit | 48 saat |
Qurulumunuzu 48 saat ərzində yoxlayaq.
Hesaba giriş tələb olunmur. Sayt ünvanı və qısa məlumat kifayətdir, qalanını biz yoxlayırıq.
- 01AuditMövcud qurulum 12 maddə üzrə yoxlanır.
- 02Audit hesabatı12 maddəlik yoxlamanın nəticəsi: nə işləyir, nə işləmir, hansı sıra ilə düzəldilməli.
- 03Söhbət30 dəqiqəlik zəng, sual-cavab. Öhdəlik yoxdur.
- 04Qərarİşləmək istəsəniz plan çıxarırıq. İstəməsəniz audit hesabatı sizdə qalır.
- 12 maddəlik yoxlama
- 48 saat ərzində
- Öhdəlik yoxdur