Avtomobil kirayəsi biznesində ən çox verilən sual budur: "Bizi platformalara necə əlavə edirlər?" Cavab gözlənildiyindən texnikidir və məhsul mağazasından ciddi şəkildə fərqlənir.
Fərqin kökü sadədir. Mağazada məhsul ya var, ya yoxdur. Avtomobil kirayəsində isə eyni avtomobil sabah var, birisi gün yoxdur, üç gün sonra yenə var. Qiymət isə günlərin sayına, götürülmə yerinə və qaytarılma yerinə görə dəyişir.
Ona görə standart Merchant Center feed-i bu işə uyğun gəlmir.
Nə lazımdır: üç ayrı məlumat
Avtomobil kataloqu. Hansı sinif, marka, model, ötürücü, yanacaq növü, sərnişin sayı, baqaj həcmi, kondisioner. Bu, nadir dəyişir.
Müsaidlik. Hansı tarix aralığında neçə ədəd mövcuddur. Gündə dəfələrlə dəyişir.
Tarif. Gün sayına görə qiymət, mövsümi fərq, əlavə xidmətlər (uşaq oturacağı, əlavə sürücü, sığorta paketi), tək istiqamətli kirayə fərqi.
Üçünü bir cədvələ sıxışdırmaq mümkün deyil. Platformalar da onları ayrı sorur.
Sahə xəritələməsi
İşin böyük hissəsi sizin sistemdəki sahələrin platformanın gözlədiyi sahələrə çevrilməsidir. Adlar uyğun gəlmir, formatlar fərqlidir.
- avtomobil_koduvehicle_id
- marka_modelmake · model
- oturucutransmission
- yanacaqfuel_type
- sernisinpassenger_capacity
- gunluk_qiymetdaily_rate
- yoxdurpickup_location_idsistemdə qarşılığı yoxdur
- yoxdurone_way_feetək istiqamətli tarif təyin edilməyib
- sahə uyğunlaşıb
- sahə boş və ya təyin edilməyib
Sağ sütunda qarşılığı olmayan sahələr rədd səbəbidir. Yuxarıdakı halda avtomobillər platformada görünə bilməz, çünki götürülmə məntəqəsi tanımlanmayıb.
Praktik yanaşma: platformanın tələb etdiyi sahələrin siyahısını çıxarın, qarşısına öz sisteminizdəki sahəni yazın, boş qalanları müəyyən edin. Boş qalanlar layihənin əsl işidir.
Müsaidlik sinxronizasiyası
Bu, ən çox problem çıxaran hissədir. Bir avtomobil eyni anda iki yerdə kirayəyə verilə bilməz, amma iki platformada mövcud görünə bilər.
Nəticə: ikiqat rezervasiya. Müştəri gəlir, avtomobil yoxdur.
Üç yanaşma var:
Əl ilə yeniləmə. Kiçik filoda mümkündür, amma səhv riski yüksəkdir və gecikmə qaçılmazdır.
Planlanmış sinxronizasiya. Saatda bir dəfə müsaidlik göndərilir. Əksər hallarda kifayət edir, amma yüksək sezonda pik saatlarda boşluq qalır.
Real vaxt API. Rezervasiya baş verən kimi bütün kanallara bildirilir. Texniki iş tələb edir, amma ikiqat rezervasiya riskini aradan qaldırır.
Yay aylarında və bayram dövrlərində saatlıq sinxronizasiya da kifayət etməyə bilər. Filonun kiçik hissəsini yalnız bir kanala ayırmaq (məsələn, premium sinfi yalnız öz saytınıza) riski azaldan sadə bir üsuldur.
Google tərəfi: standart feed işləmir
Google-da avtomobil kirayəsi üçün Merchant Center məhsul feed-i istifadə olunmur. Bunun yerinə kampaniyalar adətən belə qurulur:
Axtarış kampaniyası. "Bakı avtomobil kirayəsi", "rent a car baku", "аренда авто баку" kimi sorğular. Bu, ən sabit kanaldır.
Dinamik remarketinq. Saytda avtomobilə baxıb rezervasiya etməyən istifadəçiyə həmin avtomobili geri göstərmək. Bunun üçün saytdan göndərilən hadisələr lazımdır və feed məntiqi burada işə düşür.
Performance Max. Konversiya datanız kifayət qədərdirsə. Data azdırsa əvvəlcə Axtarış ilə toplayın.
Dinamik remarketinqin işləməsi üçün saytınızın göndərdiyi identifikator
ilə kampaniyadakı identifikator eyni olmalıdır. Bu, məhsul mağazasındakı
item_id uyğunluğu ilə eyni məsələdir.
Ölçmə: avtomobil kirayəsi sxemi
E-ticarət sxemini köçürmək burada da işə yaramır. Axın belədir:
search_vehicle → view_vehicle → select_extras
→ begin_reservation → reservation_confirmed
Rezervasiya təsdiqi belə göndərilir:
window.dataLayer.push({ ecommerce: null })
window.dataLayer.push({
event: 'reservation_confirmed',
ecommerce: {
transaction_id: 'RNT-2026-0442',
currency: 'AZN',
value: 420.00,
rental_days: 6,
one_way: false,
pickup_location: 'GYD',
dropoff_location: 'GYD',
items: [{
item_id: 'VEH-C-0117',
item_name: 'Orta sinif, avtomat',
item_category: 'Orta sinif',
price: 70.00,
quantity: 6
}]
}
})
Diqqət yetirin: quantity sahəsində avtomobil sayı deyil, gün sayı
yazılır. Bir avtomobil altı gün kirayəyə verilirsə quantity: 6 və
price: 70.00 olur, value isə 420.00.
rental_days, one_way və pickup_location sahələri təsadüfi deyil.
Eyni sahələr həm hesabatda seqmentləmə üçün, həm də tarif
hesablanmasında istifadə olunur. Ölçmə sxemi ilə tarif sxemi eyni əldən
çıxanda bu sahələr bir dəfə təyin olunur.
Əlavə xidmətlər ayrıca ölçülməlidir
Uşaq oturacağı, əlavə sürücü, tam sığorta paketi. Bunlar marjaya ciddi təsir edir və çox vaxt ölçülmür.
select_extras hadisəsində əlavələri ayrıca göndərin:
window.dataLayer.push({
event: 'select_extras',
extras: ['child_seat', 'additional_driver', 'full_insurance'],
extras_value: 85.00
})
Bu qurulanda hansı əlavənin nə qədər seçildiyini və hansı reklam kanalından gələn müştərinin daha çox əlavə aldığını görürsünüz. Bu, tarif qərarları üçün birbaşa istifadə oluna bilən datadır.
Şəkil və təsvir tələbləri
Platformalarda avtomobil siyahısı demək olar həmişə eyni görünür: şəkil, sinif adı, əsas xüsusiyyətlər, qiymət. Fərq yaradan şey şəkildir.
Real avtomobil şəkli istifadə edin. İstehsalçının kataloq şəkli qanunidir, amma qonaq gələndə fərq görürsə şikayət yazır. Öz filonuzun şəklini çəkmək bir günlük işdir və rəylərə birbaşa təsir edir.
Eyni fon, eyni bucaq. Siyahıda yan-yana duran avtomobillər fərqli fonda çəkilibsə siyahı dağınıq görünür. Bir dəfə standart müəyyən edin.
Sinif adı aydın olsun. "Ekonom", "Orta sinif", "Premium", "SUV". Platformaların öz sinif sistemi var, onunla uyğunlaşdırın. Öz adlandırma sisteminizi qoymaq axtarış filtrində görünməmək deməkdir.
Təsvirdə üç şeyi mütləq yazın: ötürücü növü, yanacaq növü və baqaj tutumu. Bunlar aeroport transferi axtaran qonaq üçün qərar verdirən məlumatdır.
Sığorta, depozit və şərtlər
Bu bölmə texniki deyil, amma rezervasiyanın tamamlanıb-tamamlanmamasını müəyyən edir.
Depozit məbləği əvvəlcədən görünsün. Ödəniş anında ortaya çıxan depozit ləğvin ən çox rast gəlinən səbəbidir.
Sığorta paketləri sadə olsun. Üç paketdən çoxu qərarı çətinləşdirir. Hər paketin nəyi əhatə etdiyi bir cümlə ilə yazılmalıdır.
Yaş və sürücülük vəsiqəsi şərtləri. Minimum yaş, vəsiqə stajı, beynəlxalq vəsiqə tələbi. Xarici qonaq üçün bu, ən vacib məlumatdır və çox vaxt yalnız şərtlər səhifəsində gizlənir.
Yanacaq siyasəti. Dolu alıb dolu qaytarmaq, yoxsa eyni səviyyə. Aydın yazılmayanda çıxışda mübahisə çıxır.
Bu məlumatları platformalara da, öz saytınıza da eyni şəkildə yazın. Fərqli şərtlər platformada bir, saytda başqa cür göründükdə qonaq etibarını itirir.
Platformalar arasında qiymət fərqi
OTA-larda göründüyünüz zaman komissiya ödəyirsiniz. Öz saytınızdan gələn rezervasiya komissiyasızdır, yəni eyni qiymətə daha çox gəlir gətirir.
Buna baxmayaraq platformalardan çıxmaq nadir hallarda düzgün qərar olur: onlar sizi tanımayan auditoriyaya çatdırır. Düzgün yanaşma paralel işləməkdir:
- Platformalar kəşf kanalıdır, yeni müştəri gətirir.
- Öz saytınız təkrar müştəri və brend axtarışı üçündür.
- Brend sorğularında (şirkət adınız + "kirayə") öz reklamınız olsun, əks halda o trafiki OTA-lar alır.
Sonuncu maddə çox vaxt buraxılır. Müştəri sizi platformada görür, adınızı Google-da axtarır və qarşısına yenə platformanın reklamı çıxır.
Nə etməli
- Platformanın tələb etdiyi sahələrin siyahısını çıxarın, öz sisteminizdəki qarşılıqlarını yazın, boşluqları müəyyən edin.
- Müsaidlik sinxronizasiyasının tezliyini sezona görə seçin. Yayda saatlıq kifayət etməyə bilər.
- İkiqat rezervasiya riskini azaltmaq üçün filonun bir hissəsini tək kanala ayırmağı nəzərdən keçirin.
- Ölçməni avtomobil kirayəsi sxemi ilə qurun.
quantitysahəsində gün sayı yazılır. - Əlavə xidmətləri ayrıca ölçün, onlar marjanın böyük hissəsidir.
- Brend sorğularında öz reklamınız olsun.
- Dinamik remarketinq üçün saytdakı identifikatorla kampaniyadakı identifikatoru eyniləşdirin.